“37 illik evlilikdən sonra mən kifayət qədər böyük səhvə yol verərək, qanundankənar nikaha girmişəm. Bu isə nəinki hər hansı kişi, MKİ kimi təşkilatın lideri üçün qəbul olunmazdır”, - deyə D. Petreus bildirib.
O, MKİ əməkdaşlarına müraciətində istefa barədə xahişini prezident Barak Obamaya noyabrın 8-də verdiyini deyib. D. Petreus istefaya getmək niyyətini şəxsi işləri ilə əlaqələndirib.
B. Obama onun istefasını qəbul edib, misilsiz xidmətlərinə görə, minnətdarlığını bildirib.
Öz növbəsində, ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klapper (James Clapper) D. Petreusun gedişini böyük itki adlandırıb.
Qeyd edək ki, istefada olan general D. Petreus MKİ rəhbəri vəzifəsinə 2011-ci ilə sentyabrın 6-da təyin olunub. Buna qədər o, 37 il ABŞ ordusunda xidmət edib. 2007-2008-ci illərdə İraqdakı çoxmillətli qüvvələrə rəhbərlik edib, 2010-cu ildən isə ISAF-ın komandanı olub.