Bank Of Baku

Dövlət departamenti: «ABŞ Rusiyanın Bəşər Əsəd rejiminə dəstəyindən narahatdır»

Dövlət departamenti: «ABŞ Rusiyanın Bəşər Əsəd rejiminə dəstəyindən narahatdır»
# 16 mart 2013 01:47 (UTC +04:00)

Bakı-APA. ABŞ Rusiyanın Suriyadakı Bəşər Əsəd rejiminə dəstək göstərməsindən narahatdır. APA-nın məlumatına görə, ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland belə bir bəyanatla çıxış edib.

 

«Münaqişə davam etdikcə, hər iki tərəfə əcnəbi təsir hiss olunur. Bizi daha çox rejimə xarici yardımın çoxalması narahat edir. Söhbət İranın, «Hizbullah»ın dəstəyindən, Rusiyanın hərbi və digər yardımından gedir», deyə o bildirib.

 

Xatırladaq ki, Rusiya baş naziri Dmitri Medvedev ölkəsinin Bəşər Əsəd rejiminə kömək etmədiyini bildirib.

 

Suriyada daxili münaqişə 2011-ci ilin martında başlayıb. BMT-nin məlumatına görə, münaqişədə 70 minədək insan həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR