Bank Of Baku

Efiopiyanın Vaşinqtondakı səfirliyi qarşısında atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb

Efiopiyanın Vaşinqtondakı səfirliyi qarşısında atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb
# 29 sentyabr 2014 23:22 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məxfi xidmətin nümayəndəsi Brayan Liri bildirib.

 

Onun sözlərinə görə, atəşi açmaqda şübhəli bilinən şəxs həbs edilib. İnsidentlə bağlı əlavə məlumat verilmir. Hadisə yerində Məxfi xidmət, ABŞ dövlət departamentinin diplomatik təhlükəsizlik xidməti və Vaşinqton polisi tərəfindən araşdırma aparılır.

 

Efiopiya səfirliyi məlumatla bağlı hələ ki, heç bir açıqlama verməyib. Efiopiyanın Vaşinqtondakı səfirliyinə yaxın ərazidə İsrail, Qana, Banqladeş, Honduras, Sinqapur, Pakistan, Slovakiyanın diplomatik missiyaları yerləşir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR