Bakı-APA. Ekvadorda martın 16-dan 17-nə keçən gecə avtobusun körpüdən çaya düşməsi nəticəsində 16 nəfər ölüb, 25 nəfər isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Quayas vilayətində, El-Triumfo – Bukay avtomobil yolunun 81-ci kilometrində baş verib.
Şahidlərin məlumata əsasən, avtobus körpünün hasarına çırpılaraq çaya düşüb. Sərnişinlərin əksəriyyəti qonşu vilayətdə təşkil olunan yarmarkaya yollanan kiçik ticarətçilər olub.
Yaralılardan 18 nəfərin vəziyyəti ağır olaraq qalır. Hadisə ilə bağlı araşdırma aparılır. İlkin versiyaya görə, qəzaya səbəb güclü yağış olub.