Bank Of Baku

Ekvadorda mədənin uçması nəticəsində 12 nəfər həlak olub

Ekvadorda mədənin uçması nəticəsində 12 nəfər həlak olub
# 25 yanvar 2013 03:36 (UTC +04:00)

Bakı-APA. Ekvadorun Asuay vilayətində mədənin uçması nəticəsində 12 nəfər həlak olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli KİV-lərə vilayətin icra başçısı Kamillo Ponse Patrisio Sançes açıqlama verib.

“Bizdə 12 nəfərin öldüyü və 20 nəfərin xəsarət aldığı barədə məlumat var”, deyə Sançes ölkənin  “CRЕ” radiostansiyasının efirində bildirib. Onun sözlərinə görə, daha bir şaxtanın uçması istisna olunmur.

Xilasedicilərin məlumatına görə, qəzaya səbəb keçən gecə aramsız yağan leysan yağışları olub.  

Hal-hazırda hadisə yerində axtarış-xilasetmə tədbirləri davam edir. Sənaye hasilatdan başqa ərazidə xeyli sayda qeyri leqal və müstəqil şəkildə istehsalatla məşğul olan təsərrüfatlar da fəaliyyət göstərir.    

Xilasetmə əməliyyatına 200-dən çox hərbçi və polis, bir neçə helikopter və ağır tikinti texnikası cəlb olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR