Bakı-APA. Ekvadorda prezident seçkiləri kampaniyası başlayıb. Kampaniyanın lideri hazırkı prezident Rafael Korrea sayılır. Prezident kürsüsünə 8 namizəd iddia edir.
Seçkilər fevralın 15-də keçiriləcək. Rafael Korrea seçki kampaniyası müddətinə məzuniyyətə gedib. Seçkilərədək ölkəni vitse-prezident Lenin Moreno idarə edəcək.