APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Siqços şəhərini Toakaso kəndi ilə birləşdirən yolda qeydə alınıb.
Yerli hüquq-mühafizə orqanlarının məlumatına əsasən, avtobus qəflətən yoldan çıxaraq yük maşınına çırpılıb. Sərnişinlərin əksəriyyəti 12-14 yaşlı uşaqlar olub.