Bakı. Rüfət Əhmədzadə - APA. Ermənistan parlamentində təmsil olunan müxalif qüvvələr bu gün keçirilən iclası boykot ediblər.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, müxalifətçi deputatlar Erməni Milli Konqresindən olan deputat Aram Manukyana hücum faktının araşdırılmasını tələb edirlər.
“İrs” fraksiyasının rəhbəri Ruben Akopyan bildirib ki, faktla bağlı dövlət tərəfindən ciddi araşdırma aparılmayınca, “İrs”, “Orinats Erkir”, “Çiçəklənən Ermənistan” və “Erməni Milli Konqresi” fraksiyaları parlamentin toplantılarında iştirak etməyəcəklər.
Qeyd edək ki, sözügedən 4 fraksiyanın ardınca “Daşnaksütyun” fraksiyasının üzvləri də iclas zalını tərk ediblər.