APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, avqustun 13-də məhkəmə korrupsiya və çirkli pulların yuyulmasında şübhəli bilinən Aristidin həbsinə order verib.
Buna səbəb Aristidin məhkəmə prosesindən yayınması olub. Sabiq prezidentin vəkili isə onun məhkəməyə çağırış vərəqəsinin almadığını bildirib.
Jan Bertran Aristid Haitidə populyar olaraq qalmaqdadır, xüsusən əhalinin kasıb təbəqəsi arasında.