Bank Of Baku

Hillari Klinton ABŞ-ın dünyadakı rolu barədə kitab yazacaq

Hillari Klinton ABŞ-ın dünyadakı rolu barədə kitab yazacaq
# 04 aprel 2013 18:33 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton ABŞ-ın dünyadakı rolu barədə kitab yazmaq niyyətindədir.  APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Hillari Klinton kitabda Üsamə bin Ladenin ləğvi, “ərəb baharı” hadisələri, ABŞ-ın İraqla və Əfqanıstanla münasibətləri və Çinin artan təsiri kimi məsələlərə toxunacaq.     

 

“Bu kitab dünyada baş verənlərlə və Amerikanın bugünkü yeri ilə maraqlananlar üçün əvəzolunmaz olacaq”, deyə kitabı şəxsən redaktə edəcək Simon & Schuster Publishing Group nəşriyyat evinin rəhbəri Conatan Karp deyib.

 

Hillari Klintonun kitabı 2014-cü ilin yay aylarında işıq üzü görəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR