Bank Of Baku

İran prezidenti: Tehran sülh nüvə proqramını davam etdirmək niyyətindədir

İran prezidenti: Tehran sülh nüvə proqramını davam etdirmək niyyətindədir
# 26 sentyabr 2014 03:26 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu sözləri BMT Baş Assambleyasının tribunasından İran prezidenti Həsən Ruhani deyib.

 

“Biz uranın zənginləşdirilməsi də daxil olmaqla sülh nüvə proqramımızı davam etdirmək və beynəlxalq hüquq çərçivəsində İran torpaqlarında bu hüquqdan tam bəhrələnmək niyyətindəyik. Biz tam səmimi və xoş məramla danışıqların davam etdirilməsinə sadiqik və bütün narahatlıqları aradan qaldırmaq niyyətindəyik”, deyə o vurğulayıb.

 

Dövlət başçısı qeyd edib ki, danışıqların uzanması bölgənin və digər ölkələrin iqtisadiyyatında, təhlükəsizliyində və inkişafına mənfi təsir edəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR