Bakı. Könül Cəfərli - APA. “Galaxi 19” peyk şirkəti İranın “Press TV” və “ıFİLM” telekanallarının ABŞ və Kanadaya yayımını dayandırıb.
APA-nın məlumatına görə, bu addımın ABŞ və Avropa Birliyinin (AB) İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar səbəbindən atıldığı bildirilir.
Qeyd edək ki, ABŞ və AB-yə məxsus peyklər 2012-ci ilin oktyabrından İranın ingilis, ərəb, ispan və fars dillərində yayımlanan 20-yə yaxın teleradio kanalının yayımını dayandırıb. Belə ki, “Press TV”, “Hispan TV”, “əl-Aləm”, “əl-Kövsər”, “Səhər, “ıFilm” kimi telekanalların yayımları “Eutelsat”, “Intelsat” və “Hispasat” peykləri tərəfindən dayandırılıb.