Bank Of Baku

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
# 17 sentyabr 2014 00:42 (UTC +04:00)

Bakı-APA. Kanada XİN Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, sanksiya siyahısına M.İ.Kalinin adına maşınqayırma zavodu, Dolqoprudnensk elmi-istehsalat müəssisəsi, Mıtişinsk maşınqayırma zavodu, V.V.Tixomirov adına elmi-istehsalat müəssisəsi və “Altair” radioelektronika elmi-təhqiqat institutu əlavə edilib.  

 

Həmçinin Rusiyanın “Sberbank” bankı da sanksiya siyahısına daxil edilib.  

 

Sanksiyalar bir neçə vəzifəli şəxsləri - müdafiə nazirinin müavinləri  Dmitri Bulqakov və Yuri Sadovenko, Baş Qərargah rəisinin birinci müavini Nikolay Boqdanovski və Quru Qoşunların komandanı Nikolay Salyukov da əhatə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR