Bakı-APA. ABŞ və Kanada hakimiyyəti bu ilin payızında Alyaskada Rusiya ilə birgə keçiriləcək hərbi təlimləri ləğv edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Fairbanks Daily News-Miner” qəzeti Şimali Amerika qitəsinin kosmik-hava müdafiəsi üzrə birləşmiş komandanlığın (NORAD) nümayəndəsinə istinadən məlumat yayıb.
Vigilant Eagle (“Sayıq Qartal”) Hərbi-Hava Qüvvələrinin təlimləri bölgədə mütəmadi olaraq 2007-ci ildən keçirilib.
NORAD nümayəndəsi çavuş Çarlz Marş nəşrə açıqlamasında bildirib ki, Ukraynadakı vəziyyətə görə 2014-cü ilə planlaşdırılmış təlimlər baş tutmayacaq. Onun sözlərinə görə, müvafiq qərar Pentaqon və Kanadanın baş naziri Stiven Xarper tərəfindən verilib.