Bank Of Baku

Kanada XİN: «Pakistan İranla birgə qaz kəməri tikməməlidir»

Kanada XİN: «Pakistan İranla birgə qaz kəməri tikməməlidir»
# 02 mart 2013 03:42 (UTC +04:00)

Bakı-APA. «Pakistan İranla birgə qaz kəməri tikməməlidir». Kanadanın xarici işlər naziri Con Berd bu fikirdədir. Bu barədə APA İTAR-TASS-a istinadən məlumat verir.

 

Berd Pakistan prezidentinin mətbuat katibi Fərhadulla Babərin «Tehran və İslamabad 2015-ci ilədək qaz kəmərini tikib qurtarmaq niyyətindədirlər» ifadəsini şərh edərkən bunları bildirib.

 

«Kanada Pakistanın İranda qaz almaq və Tehranla birgə qaz kəməri tikmək planlarından narahatdır. Eyni zamanda beynəlxalq ictimaiyyətin bütün mümkün vasitələrlə İranı təhlükəli kursdan çəkindirmək istədikləri bir məqamda Pakistanın belə bir qərarı dünya ictimaiyyətinin hədəfləri ilə ziddiyyət təşkil edir və ona yenidən baxılmalıdır. Biz Pakistana enerji resurslarının lazım olduğunu başa düşürük. Lakin Pakistana bu problemlərin həllində kömək etməyə hazır olan və enerji resurslarına malik olan başqa tərəfdaşlar da var», deyə nazir bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR