Bank Of Baku

Kanada XİN başçısı: "Rusiya Arktika regionunda fəallaşsa, onunla qarşı-qarşıya gəlməyə hazırıq"

Kanada XİN başçısı: "Rusiya Arktika regionunda fəallaşsa, onunla qarşı-qarşıya gəlməyə hazırıq"
# 27 avqust 2014 10:46 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Rusiya Arktika regionunda fəaliyyətini genişləndirsə, Kanada onunla qarşı-qarşıya gəlməyə hazırdır”.

 

APA-nın “Russia Today”a istinadən verdiyi məlumata görə, bunu Kanadanın xarici işlər naziri Con Beyrd “Berlingske” qəzetinə müsahibəsində deyib.
 

“Bu, bizi dərindən narahat edir və Arktika regionunda Kanadanın suverenliyini qorumağa sövq edir”, - deyə o vurğulayıb.
 

Kanadalı diplomat bu məsələnin ölkəsi üçün strateji əhəmiyyət kəsb etdiyini deyərək dəfələrlə Rusiyanın Arktika regionunda təxribat cəhdlərinin şahidi olduğunu bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR