Bank Of Baku

Kerri: «İran üçün diplomatiya pəncərəsi açıqdır»

Kerri: «İran üçün diplomatiya pəncərəsi açıqdır»
# 09 fevral 2013 02:58 (UTC +04:00)

Bakı-APA. İran nüvə probleminin nizamlanması üçün diplomatiya pəncərəsi hələ də açıqdır, lakin Tehran seçim etməlidir. APA-nın məlumatına görə, ABŞ dövlət katibi Con Kerri Kanadanın xarici işlər naziri Con Berdlə görüşdən sonra belə bir bəyanatla çıxış edib.

 

«Diplomatiya pəncərəsi hələ də açıqdır. Biz İranla iki həftədən sonra yenidən Qazaxıstanda görüşmək barədə razılığa gəlmişik. Biz öz mövqeyimizi aydın izah etmişik. Son nəticədə seçim İranın əlindədir», deyə dövlət katibi bildirib.

 

Kerrinin sözlərinə görə, İran ya beynəlxalq birliklə real əməkdaşlıq etməli, ya da daha çox təcrid olunmalıdır.

 

Beynəlxalq vasitəçilərin «altılığının» (ABŞ, Çin, Böyük Britaniya, Rusiya, Fransa, Almaniya) İranla növbəti görüşü Almatıda fevralın 26-da keçirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR