Bakı. Anaxanım Hidayətova-APA. ABŞ və Rusiya xarici siyasət idarələri rəhbərləri arasında növbəti telefon danışığı baş tutub.
APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə baş tutan söhbət zamanı əsas diqqət Ukrayna böhranına yetirilib.
Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynanın şərqində atəşkəs razılaşmasının əldə edilməsi və separatçılarla danışıqlara başlanılması üçün ABŞ administrasiyasını rəsmi Kiyevə təsir göstərməyə çağırıb.
ABŞ və Rusiyanın baş diplomatları Cenevrə anlaşmalarının həyata keçirilməsi üçün əlavə səylər göstərəcəklərini bildiriblər.
Kerri ilə Lavrov həmçinin Ukrayna səmasında Malayziya təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasının yüksək səviyyədə aparılmasının vacibliyini qeyd ediblər.