Bank Of Baku

Klinton: «Ərəb baharı» Afrikanın terrorçular üçün sığınacağa çevirib

Klinton: «Ərəb baharı» Afrikanın terrorçular üçün sığınacağa çevirib
# 24 yanvar 2013 02:21 (UTC +04:00)

Bakı-APA. Ərəb inqilabları və Malidəki qeyri-sabitlik Şimali Afrikanı bölgədə təsirlərini artırmaq istəyən terrorçular üçün sığınacağa çevirib. APA-nın məlumatına görə ABŞ dövlət katibi Hillari Klinton Senatdakı çıxışında bunları bildirib.

 

«Benqazidə rastlaşdığımız (ABŞ konsulluğunun atəşə tutulması) tipli hücumlar heç nədən baş vermir. Ərəb inqilabları bölgədə qüvvələr balansını dəyişib, Malidəki qeyri-sabitlik isə bu ölkəni təsirlərini artırmaq və yeni hücumlar həyata keçirmək istəyən terrorçular üçün sığınacağa çevirib. Əlcəzairdəki hadisələr buna nümunə ola bilər», deyə Klinton bəyan edib.

 

Son həftələr Malidə vəziyyət gərginləşib. İslamçı silahlılar ölkənin mərkəzində hökumət qoşunlarının mövqelərinə hücum etməyə başlayıblar.

 

Yanvarın 10-da fransız hərbçiləri Mali hökumətinə kömək adı altında bu ölkəyə yerləşiblər. Hazırda Malidə 2 minədək fransız hərbçisi var. Onlar bəzi şəhərləri islamçıların əlindən ala biliblər. Əməliyyatda həmçinin Qərbi Afrika dövlətlərinin İqtisadi birliyinə daxil olan ölkələrin hərbçiləri də iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR