Bakı-APA. Kolumbiya prezidenti Xuan Manuel Santos prostat xərçəngindən tamamilə müalicə olunduğunu bəyan edib.
«Mən tamamilə sağalmışam. Xoşbəxtlikdən müayinə göstərib ki, prostata aid antigen indii sıfır səviyyəsindədir», deyə 61 yaşlı Santos bildirib.
Xatırladaq ki, ötən il oktyabrın əvvəllərində Kolumbiya prezidenti paytaxt Boqotanın klinikalarından birində uğurla əməliyyat olunmuşdu. Onu müalicə edən həkim şişin çox erkən mərhələdə aşkar olunduğunu bildirmişdi.