Bakı-APA. Kolumbiya prezidenti Xuan Manuel Santos sidik sistemində yaranmış infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Dövlət başçısının şəxsi həkiminin açıqlamasına görə, Xuan Manuel Santosun səhhətində təşvişə səbəb ola biləcək problem yoxdur.
APA-nın Kolumbiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, prezident Santos bunu Twitter səhifəsində özü də təsdiqləyib: “Mən əməliyyatdan sonra müayinə olunmuşam və hal-hazırda adi qrafikimə qayıtmağa hazırlaşıram”.
Qeyd edək ki, prostat vəzində xərçənglə bağlı Santos bu ilin oktyabrında əməliyyat olunub.