Bakı. Anaxanım Hidayətova-APA. Seçkilər Departamentinin rəisi Cekob Veksler martın 5-də ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək əsas seçkilərlə bağlı mətbuata açıqlama verib.
APA-nın “Novosti-Armeniya”ya istinadən yaydığı məlumata görə, o qeyd edib ki, seçkilərlə bağlı bülletenlər, broşürlar və diqqət məlumatlar ingilis və federal səviyyədə təsdiqlənən digər dillərdə - Çin, hindi, yapon, Koreya, ispan, taqal, Vyetnam dillərində yayımlanacaq. Onun sözlərinə görə, bu ildən ilk dəfə olaraq seçki prosesinə aid olan məlumatlarla erməni dillində də tanış olmaq mümkün olacaq.
Qeyd edək ki, martın 5-də Los-Ancelesdə müxtəlif mühüm postlara seçkilər keçiriləcək. Şəhər rəhbərliyi, prokuror və şerif postu uğrunda 77 namizəd mübarizə aparır.