Bakı-APA. McAfee antivirusunun yaradıcısı ABŞ milyonçusu Con Makafi Qvatemalaya qaçıb və bu ölkədən siyasi sığınacaq istəmək niyyətindədir.
APA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, Con Makafi Beliz respublikası ərazisində ABŞ vətəndaşını öldürməkdə şübhəli bilinir.
Makafi bu cinayətdə heç bir rolu olmadığını bildirib. Milyonçunun sözlərinə əsasən yerli siyasətçilərə rüşvət vermədiyinə görə, Beliz hakimiyyəti ona böhtan atıb.
Öz növbəsində Beliz Daxili İşlər Nazirliyi bəyan edib ki, Makafi Karib adalarında yaşayarkən qonşusu, tikinti şirkətində çalışan ABŞ vətəndaşı Qreqiri Follu odlu silahdan qətlə yetirməkdə şübhəli bilinir. Makafinin Mərkəzi Amerika ölkələrində narkotik alverində əli olduğu da qeyd olunur.
Onun vəkilinin sözlərinə görə, Makafi yaxın vaxtlarda Qvatemala hökumətindən siyasi sığınacaq istəyəcək.