Bank Of Baku

Meksikada 158 polis həbs olunub

Meksikada 158 polis həbs olunub
# 19 yanvar 2013 07:18 (UTC +04:00)

Bakı – APA. Meksika polisi ötən gün narkotiki alverində şübhəli bilinən 158 polis əməkdaşını həbs edib. APA-nın «France-Presse» agentliyinə istinadən verdiyi xəbərə görə, həbslər Meksikanın şimalında yerləşən iki şəhərində baş verib. Belə Ki, 110 polis Lerdo, daha 48 əməkdaş qonşu Qomes-Palasio şəhərində həbs olunub.

 

Yaxın günlər ərzində həbs edilən polisləri hərbçilər və ştatın polis əməkdaşlarının əvəz edəcəyi gözlənilir. Çünki azadlıqda qalan digər polis əməkdaşlarının yoxlanılması planlaşdırılır və onlar üçün xüsusi treninq keçiriləcək.

 

Xatırladaq ki, ötən ilin noyabr ayında Qomes-Palasio şəhərinin rəhbərliyi etibarlıqla bağlı keçirilən yoxlamalar nəticəsində 145 polis əməkdaşını işdən çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR