Bakı-APA. Meksikanın Miçoakan ştatında silahlı şəxslərlə polis arasına baş vermiş iki atışma nəticəsində 14 nəfər ölüb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, birinci atışmada 5 banda üzvü öldürülüb. İnsidentdən bir neçə saat sonra Apatsinqan şəhərində silahlı şəxslər mitinq üzvlərinə atəş açıb, nəticədə 8 nəfər aksiya üzvü öldürülüb. Cavab atəşi ilə hücum çəkənlərdən bir nəfəri zərərsizləşdirilib.
Ölkə prezidenti Enrike Penya Nyeto narkomafiya ilə mübarizəni prioritet məsələlərdən biri olduğunu qeyd edib.