Bank Of Baku

Meksikada prokurorluğa məxsus təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb

Meksikada prokurorluğa məxsus təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb
# 01 may 2013 00:31 (UTC +04:00)

Bakı-APA. Meksikanın Sakatekas ştatında baş prokurorluğa məxsus kiçik mühərrikli təyyarə qəzaya uğrayıb, nəticədə 6 nəfər həlak olub.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Sakatekas ştatının prokuroru açıqlamasında qeyd edib ki, qəza nəticəsində  təyyarənin göyərtəsində olan 6 nəfər həlak olub. Qəzanın səbəbləri barədə açıqlama verilmir.

 

Prokuror qeyd edib ki, ölkənin baş prokuroru Xesus Murilyo Karam bir müddət əvvəl məhz  qəzaya uğramış təyyarədə Sakatekas ştatına səfər edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR