Bank Of Baku

Meksikada soyuqlar 29 nəfərin ölümünə səbəb olub

Meksikada soyuqlar 29 nəfərin ölümünə səbəb olub
# 19 yanvar 2013 04:19 (UTC +04:00)

Bakı-APA. Meksikada soyuqlar 29 nəfərin ölümünə səbəb olub. Bu barədə ölkənin daxili işlər nazirliyi məlumat yayıb.

 

Ən çox ölüm Çiuaua ştatında qeydə alınıb – 18 nəfər. Daha 6 nəfər Sonorada, hərəyə 2 nəfər Sinaloa və Miçoakanda, bir nəfər isə Koauildə həlak olub.

 

Birbaşa donvurmadan cəmi 10 nəfər ölüb. 17 nəfər mənzili qızdırmaq istəyərkən dəm qazından boğulublar. Daha 2 nəfər isə mənzili qızdırmaq istəyəndə baş vermiş yanğının qurbanı olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR