Bakı-APA. ABŞ hərbi-hava qüvvələri üçüncü dəfə məxfi proqram çərçivəsində kosmosa hərbi çoxdəfəlik pilotsuz təyyarə göndəriblər. Təyyarə uzun müddət ərzində Yerətrafı orbitdə işləmək üçün nəzərdə tutulub.
Bu təyyarənin 2010 və 2011-ci illərdəki uçuşları müvafiq olaraq 224 və 469 gün çəkib. ABŞ hökuməti bu uçuşun detallarını məxfi saxlayır və təyyarənin kosmosda hansı müddətə qalacağı barədə məlumat vermir.
Bu aparatın hansı məqsədlə kosmosa göndərilməsi barədə çoxsaylı şayiələr yaradır.
X-37B kosmik təyyarəsi Boeing şirkəti tərəfindən düzəldilib.