Bakı-APA. Meksikanın paytaxtı Mexikoda “Pemeks” neft-qaz şirkətinin qərargah mənzilində 14 nəfərin ölməsi ilə nəticələnən güclü partlayış baş verib, 80 nəfərdən çox insan isə yaralanıb.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, hal-hazırda polis xüsusi təlim edilmiş itlərlə 54 mərtəbəli binada uçqun altında ola biləcək insanların axtarışını həyata keçirir.
Yerli KİVlərin məlumatına görə, hadisə yerinə ölkə prezidenti Enrike Penya Nyeto gəlib. O ölənlərin yaxınlarına başsağlığı bildirib.
Meksika DİN-i hələlik hadisənin səbəblərindən məlumatsızdır. Bəzi məlumatlara görə, partlayışdan qabaq binanın elektrik sistemində müəyyən problemlər yaranıb.