NASA-nın kosmik aparatı Mars planetinə çatıb

NASA-nın kosmik aparatı Mars planetinə çatıb
# 22 sentyabr 2014 11:18 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. NASA-nın göndərdiyi kosmik aparat Mars planetinə çatıb.

APA - nın NASA - nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, MAVEN (Mars Atmosphere and Volatile Evolution Mission) kosmik aparatı 10 ay müddətində 711 mln. km məsafəni qət edib.

NASA göndərdiyi kosmik aparatın Qırmızı planetin fəzasına uğurla daxil olduğunu bildirib.

Mütəxəssislər 6 həftə boyunca MAVEN-in fəaliyyətini nizamlamayacaqlar, sonra isə kosmik aparat Marsın atmosferinin üst hissəsini tədqiq etməyə başlayacaq. 671 mln. dollar dəyərində olan aparat Marsa enmədən planetin fəzasından bir il boyunca məlumatlar toplayacaq. Konkret olaraq MAVEN kosmik aparatı Marsın isti bir planetdən soyuq planetə necə çevrildiyini araşdıracaq.

Qeyd edək ki, hazırda Marsın fəzasında NASA-ya aid “Mars Fəza Kəşfiyyatçısı”, “Mars Odissey”, habelə Avropa Kosmos Agentliyinə məxsus “Mars Express” peykləri var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR