Bank Of Baku

NATO Əfqanıstan üzərində nəzarəti yerli hərbçilərə təhvil verir

NATO Əfqanıstan üzərində nəzarəti yerli hərbçilərə təhvil verir
# 09 yanvar 2013 18:52 (UTC +04:00)

Bakı-APA.   Əfqanıstanda Təhlükəsizliyə yardım üzrə beynəlxalq qüvvələrin hərbi kontingentinin (ISAF) nümayəndəli bəyan edib ki, fevralda ölkənin 34 vilayətindən 23-də təhlükəzisliyin təmini üzrə məsuliyyət Əfqanıstanın hərbi qurumlarının üzərinə qoyulacaq.  

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə,  NATO-nun rəhbərliyi altında olan beynəlxalq qüvvələrin hərbi kontingenti təhlükəzisliyin təmini üzrə fünksiyaları Əfqanıstanın hərbi qurumlarına tədricən verilməsi prosesini hələ 2 il bundan əvvəl başlayıb.

 

Ehtimal olunur ki, bu proses 2014-cü ildə, yəni bütün xarici qoşunlar ölkəni tərk etdikdən sonra  tamamlanacaq.  

 

Xatırladaq ki, ABŞ prezidentinin müşavirinin müavini Ben Rods qeyd etmişdir ki, Barak Obama administrasiyası da ABŞ ordusunun birləşmələrini Əfqanıstandan 2014-cü ildən sonra çıxarmağı planlaşdırır.  

 

Hal-hazırda Əfqanıstanda 68 min ABŞ hərbçisi qulluq çəkir, NATO kontingenti 102 min hərbçidən ibarətdir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR