Bank Of Baku

Nyu-Yorkda sərnişin bərəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 74 nəfərə çatıb

Nyu-Yorkda sərnişin bərəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 74 nəfərə çatıb
# 10 yanvar 2013 03:40 (UTC +04:00)

Bakı-APA. Nyu-Yorkda sərnişin bərəsinin körpüyə çırpılması nəticəsində xəsarət alanların sayı 74 nəfərə çatıb.  APA-nın məlumatına görə, xəsarət alanlardan  iki nəfərin vəziyyəti ağır olduğu bildirilir.

 

Bərədə Nyu Cersidən Nyu Nyu Yorka 321sərnişin olub. Şahidlərin sözlərinə görə, bərə körpüylə  yüksək sürətlə hərəkət edərək toqquşub. Qəza nəticəsində gəmidə böyük dəlik əmələ gəlib.

 

Qəzanın dəqiq səbəbləri və yaralıların sayı dəqiqləşdirilir. Hadisə yerində polis, sahil mühafizə xidmətinin əməkdaşları və yanğınsöndürənlər cəlb olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR