Bank Of Baku

Nyu Yorkda qripə görə fövqəladə vəziyyət elan olunub

Nyu Yorkda qripə görə fövqəladə vəziyyət elan olunub
# 13 yanvar 2013 03:04 (UTC +04:00)

 

Bakı-APA. Nyu York ştatının qubernatoru qrip virusunun geniş yayılması səbəbindən fövqəladə epidemioloji vəziyyət elan edib.

 

 APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, ştatda 20 mindən çox insan qrip xəstəliyinə yoluxub. Bu keçən qış qeydə alınmış göstəricidən dörd dəfə çoxdur. Hökumət yaşlı insanlara və uşaqlara da peyvənd etməyə icazə verib.

 

 

Bir neçə gün əvvəl Boston şəhərinin meri qripin epidemiyası ilə bağlı fövqəladə vəziyyət elan etmişdi. Şəhərdə xəstəliyə yoluxmuş insanların sayı keçən ilki göstəricidən 10 dəfə çox olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR