Bank Of Baku

Obama bu gün Kerrinin dövlət katibi postuna namizədliyini irəli sürəcək

Obama bu gün Kerrinin dövlət katibi postuna namizədliyini irəli sürəcək
# 21 dekabr 2012 17:56 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama bu gün Senatın beynəlxalq məsələlər üzrə komitəsinin sədri demokrat Con Kerrinin dövlət katibi postuna namizədliyini Senata təqdim edəcək. APA-nın məlumatına görə, bu barədə NBC telekanalı ABŞ administrasiyasındakı mənbəyinə əsasən xəbər verib.

 

Kerrinin dövlət katibi postuna təyin ediləcəyi barədə senatorun köməkçiləri keçən həftə məlumat vermişdilər. Bu vəzifəyə əvvəlki namizəd, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Süzan Rays öz namizədliyini ötən həftə geri götürmüşdü. Süzan Rays sentyabrın 11-də ABŞ-ın Benqazidəki konsulluğuna edilmiş hücum barədə keçirilən dinləmələrdə suallara cavab verərkən buraxdığı kobud səhvlər onun sözügedən vəzifəyə olan şanslarını sıfıra endirmişdi.

 

Obamanın ikinci prezidentliyi dövründə hökumət kabineti bir sıra dəyişikliklərə uğrayacaq. Müxtəlif səbəblərdən hazırkı dövlət katibi Hillari Klinton, maliyyə naziri Timoti Qaytner, Pentaqonun başçısı Leon Panetta və ədliyyə naziri Erik Holder hökumətdə iştirak etməyəcəklər. Gözlənildiyi kimi, Obama yaxın günlərdə yeni hökumətin tərkibini elan edəcək. Hazırkı dövlət katibi Hillari Klinton vəzifədən gedərək qadın və uşaq hüquqlarının müdafiəsi ilə məşğul olmağı planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR