Bakı-APA. ABŞ prezidenti Barak Obama Recreational Equipment Inc (REI) ticarət korporasiyasının rəhbəri Salli Cuellin namizədliyini daxili işlər naziri vəzifəsinə irəli sürüb.
Cuell bu vəzifədə Ken Salazarı əvəz edəcək.
Salli Cuell əmək karyerasına Mobil neft şirkətində mühəndis olaraq başlayıb. Sonra bank sektorunda işləyib, 1996-cı ildə isə REI-in direktorlar şurasına daxil olub. 2000-ci ildə o şirkətin əməliyyat direktoru, sonra isə baş direktoru təyin olunub.