Bank Of Baku

Obama dünyada demokratiyaya dəstək verəcəyinə söz verib

Obama dünyada demokratiyaya dəstək verəcəyinə söz verib
# 21 yanvar 2013 18:58 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama andiçmə çıxışında öz prezidentliyinin əsas prinsiplərini sadalayıb. Bu barədə APA RİA Novosti-yə istinadən məlumat verir. Çıxışında Obama ABŞ-ın müttəfiqləri ilə münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

 

«Amerikanın imkanları qeyri-məhduddur, çünki bizdə uğur qazanmaq üçün hər şey mövcuddur», deyə Obama Kapitoli təpəsindəki tribunadan bəyan edib.

 

O orta təbəqəni dəstəkləmək üçün əlindən gələni edəcəyini bildirib: «Orta təbəqənin rifahı bütün ölkənin rifahının əsasıdır. Əhalinin ən az müdafiə olunmuş təbəqələrinə qayğı göstərmək vacibdir, çünki xoşbəxtlik kiçik bir hissəyə məxsus olmamalıdır».

 

Obama ABŞ-ın istehsalçılarını dəstəkləməyə və qlobal istiləşmə ilə mübarizə aparmağa söz verib.

 

«Biz bütün dünyada müttəfiqlərimizlə münasibətlərimizi möhkəmləndirəcəyik», deyə Obama söz verib.

 

O əlavə edib ki, ABŞ həmçinin bütün dünyada demokratiyanı dəstəkləyəcək, çünki Amerika həmişə «azadlıq istəyənləri dəstəkləyib».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR