Bakı-APA. Barak Obama seçkiqabağı vədini sadiq qalaraq ikinci müddətə prezident seçildikdən sonra ilk səfərini İsrailə edəcək. APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə açıqlama ilə Ağ Ev çıxış edib. Bununla belə, ABŞ administrasiyasının nümayəndələri səfərin yazda baş tutacağını vurğulayaraq konkret vaxtını açıqlamayıblar.
Bundan əvvəl ABŞ prezidentinin martın 20-də İsrailə səfər edəcəyi xəbər verilirdi.
Barak Obamanın ikinci müddətə prezident seçildikdən sonra ilk səfərini İsrailə edəcəyini prezidentin mətbuat katibi Cey Karni də təsdiqləyib.