APA-nın “Gazeta.ru”-ya istindən verdiyi məlumata görə, bu barədə Obama dövlət qulluğunda çalışanların əmək haqlarının artırılması haqqında sərəncamı imzalayarkən bildirib.
“Konqres mənimlə zəhmətkeş ailələrə yardım etmək üçün nə vaxt əməkdaşlıq etmək arzusunda olsa, mən buna hazıram. Qapılarım daim açıqdır. Mən özümdə onların yanına gedə bilərəm, maşınlarını yuyaram, itlərini gəzdirərəm”, deyə Obama bildirib.
Qeyd edək ki, səhiyyə sistemindəki islahatlar zamanı vəzifəsindən sui-istifadə etməkdə ittiham olunan ABŞ prezidenti Barak Obama məhkəməyə verilə bilər. ABŞ-ın nümayəndələr palatası artıq müvafiq qətnaməyə səs verib.