Bakı-APA. ABŞ prezidenti Barak Obama qaradərili yeniyetmənin qətlinin araşdırılması üçün ölkənin baş prokuroru Erik Holderi Missuri ştatının Ferqyuson şəhərinə göndərilməsinə dair göstəriş verib.
Bundan əvvəl Missuri ştatının qubernatoru Cey Nikson davam edən iğtişaşlarla əlaqədar olaraq Milli Qvardiya birləşmələrinin Ferqyuson şəhərinə yeridilməsinə dair fərman imzalayıb.
Qeyd edək ki, 18 yaşlı qaradərili Maykl Braunun polis əməkdaşı tərəfindən qətlə yetirilməsi Ferqyuson şəhərində izdihamlı iğtişaşlara səbəb olub.