Bank Of Baku

Obama Suriya müxalifətini «mühacirət hökuməti» kimi tanımaqdan imtina edib

Obama Suriya müxalifətini «mühacirət hökuməti» kimi tanımaqdan imtina edib
# 15 noyabr 2012 01:42 (UTC +04:00)

Bakı-APA. ABŞ administrasiyası hələlik birləşmiş Suriya müxalifətini «mühacirət hökuməti» kimi tanımağa hazır deyil. APA-nın məlumatına görə, Birləşmiş Ştatların prezidenti Barak Obama belə bir bəyanatla çıxış edib.

 

«Mən müxalifətin əvvəlkindən yekdil ola biləcək birləşmiş qrup yaratmasını alqışlayıram. Biz onunla danışıqlar aparacağıq», deyə prezident vurğulayıb.

 

Obama birləşmiş müxalifətin demokratiya ideyalarına sadiq olmasının əsas məqsədlərdən biri olduğunu bildirib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Suriya müxalifəti Müxalif və inqilabi qüvvələrin Milli koalisiyasını yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR