Bakı. Könül Cəfərli – APA. BMT baş katibi Pan Gi Mun İranın mübahisəli nüvə proqramından danışıb. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, BMT baş katibi fevralın 26-27-də Qazaxıstanın Almatı şəhərində İranla “altılıq” ölkələri arasında keçirilmiş müzakirələrdə irəliləyiş əldə edilməsinin sevindirici olduğunu bildirib: “Növbəti görüşün tarixinin və yerinin müəyyənləşdirilməsindən də məmnun oldum”.
P.G.Mun qeyd edib ki, hazırda mübahisəli nüvə proqramı ilə bağlı yaranmış gərginliyin həll edilməsi üçün top İranın meydanındadır: “Rəsmi Tehranın dünya ictimaiyyətinin nüvə proqramının hərbi məqsədli olub-olmadığına inandırmaq öz əlindədir”.