Bakı-APA. BMT-nin Baş katibi Pan Gi Mun qeyd edib ki, Şimali Koreya nüvə silahı ilə bağlı bəyanatlarında həddini xeyli aşıb.
O qeyd edib ki, Koreya yarımadasında münaqişəyə cəlb olunmuş dövlətlər arasında hər hansı bir anlaşılmazlıq ciddi nəticələrə gətirib çıxara bilər. BMT-nin Baş katibi bütün tərəfləri vəziyyəti tənzimlənməsi üçün birgə səy göstərməyə çağırıb.
Bir müddət əvvəl KXDR hərbçilərə ABŞ-a nüvə silahı da daxil olmaqla raket zərbəsi endirməyə razılıq verdiyini bəyan edib.
Cənubi Koreyanın bəyanatına görə, KXDR şərq sahilində ballistik raketlər yerləşdirib.