APA-nın Pentaqonun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ müdafiə naziri Çak Hagel “Xidmət Zamanı İtkin Düşənlərin Anım Günü” münasibəti ilə deyib.
Ç.Hagel bildirib ki, xidmət zamanı itkin düşən ABŞ vətəndaşlarının geri qaytarılması üçün dövlət əlindən gələni edəcək: “Hazırda heç bir ABŞ hərbçisi hardasa girov saxlanılmır. Lakin bilirik ki, müxtəlif müharibə və münaqişələrdə on minlərlə amerikalı itkin düşüb və onların geri qaytarılmasına çalışmalıyıq”.
Baş Qərargahın rəis müavini admiral Ceyms A.Vinnefeld isə bildirib ki, köhnə münaqişələrdən indiyədək 83 min amerikalı itkin düşmüş sayılır: “Onların hamısı geri qayıtmayınca, bizim heç bir hərbi missiyamız bitmiş hesab olunmur”.
Xatırladaq ki, ABŞ Konqresinin 1990-cı ildə qəbul etdiyi qanuna görə, hər il sentyabrın üçüncü cümə günü ““Xidmət Zamanı İtkin Düşənlərin Anım Günü”” (National POW/MIA Recognition Day) kimi qeyd olunur.