Bank Of Baku

Pentaqon: ABŞ “İslam dövləti” qruplaşmasının qarşısını təkbaşına ala bilməz

Pentaqon: ABŞ “İslam dövləti” qruplaşmasının qarşısını təkbaşına ala bilməz
# 11 sentyabr 2014 08:56 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. ABŞ-ın hərbi gücü “İslam dövləti” qruplaşmasının yaratdığı təhdidlərin qarşısını təkbaşına ala bilməz.

 

APA - nın Pentaqonun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Çak Haqel deyib.

 

ABŞ prezidentinin “İslam dövləti”nə qarşı koalisiya haqqında bəyanatını dəstəkləyən Ç.Haqel qeyd edib ki, “İslam dövləti” nəinki region, bütün dünya üçün təhlükəlidir.

 

“Hərbi gücümüz bu təhdidlərin öhdəsindən təkbaşına gələ bilməz. İraqda davam edən siyasi tərəqqi koalisiyamızın hərbi, hüquqi, iqtisadi və diplomatik dəstək, kəşfiyyat və humanitar xarakterli yardımları ilə daha dayanıqlı hökumətin formalaşmasına doğru gedir”, – deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR