Bank Of Baku

Pentaqon: Rusiya konvoyunu Ukraynadan dərhal çıxarmalıdır

Pentaqon: Rusiya konvoyunu Ukraynadan dərhal çıxarmalıdır
# 23 avqust 2014 08:10 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. “Rusiya konvoyunu Ukrayna ərazisindən dərhal çıxarmalıdır”.

 

APA-nın ABŞ Müdafiə Departamentinin (Pentaqon) rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Con Kirbi Rusiyaya məxsus humanitar yardım daşıyan avtomobil karvanının  Ukrayna sərhədini keçməsinə münasibət bildirərkən deyib.

 

ABŞ hərbi rəsmisi ölkəsinin Rusiya hərbi qüvvələrinin regionda gərginliyi artıracaq istənilən hərəkətini şiddətlə qınadığını bildirib.

 

“Rusiya humanitar yardım adı altında nəqliyyat vasitələri, personal və yük bağlamalarını Ukraynaya göndərməməli idi. Bu, Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün Rusiya tərəfindən pozulmasıdır. Rusiya hökuməti öz personalını Ukraynadan dərhal çıxarmalıdır”, - deyə C. Kirbi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR