Bakı-APA. Perunun prezidenti Olyanta Umalanın həyat yoldaşı Nadin Erediya içərisində olduğu avtomobil Nadin Erediya Limanın mərkəzində qəzaya uğrayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəzadan sonra ölkənin birinci xanımı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Ölkə prezidenti qəza barədə məlumat aldıqdan dərhal sonra Perunun cənubunda keçirilən Nazirlər şurasının iclasını tərk edərək paytaxt Limaya uçub.
Qəza şahidlərinin məlumatına görə, prezidentinin həyat yoldaşı olduğu avtomobil özəl avtomobillə toqquşduqdan sonra işıqfora çırpılıb. Qəza nəticəsində ölkənin birinci xanımın əli zədələnib.