Bakı - APA. Peruda 7 bal gücündə zəlzələ olub.
APA-nın “Russia Today”a istinadən verdiyi məlumata görə, zəlzələ ölkənin cənubunda qeydə alınıb.
Yeraltı təkanların episentri Tambo şəhərindən 42 km aralıda olub.
Peru Mülki Müdafiə İnstitutu ciddi dağıntıların olmadığını bəyan edib.