Bakı-APA. Perunun cənub şərqində iki avtobusun toqquşması nəticəsində 11 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər məlumat verir.
İlkin məlumata görə, ölənlər arasında ən azı bir uşaq var. Qəza nəticəsində daha 6 nəfər xəsarət alıb.
Hadisə yerində xilasedicilər və ekspertlər çalışır. Qəza ucqar ərazidə baş verdiyindən ilkin yardımı yaralılara yerli sakinlər edib.
Qəzanın səbəbi hələlik müəyyən edilməyib.