Bakı-APA. Peruda şaxtaçılarla polisin toqquşmasının gedişində 2 nəfər həlak olub. Bu barədə APA BBC-yə istinadən məlumat verir.
Ölən şəxslər şaxtaçılardır. Həmçinin 5 polis nəfəri də yaralanıb. Qarşıdurma Perunun şimalındakı Libertad əyalətində baş verib.
Polisin məlumatına görə, şaxtaçılar qeyri-qanuni olaraq qızıl mədənində işləyirmişlər və polislərin onları oradan qovmasına müqavimət göstəriblər.