Bakı-APA. Perunun şimalında avtobusun dərəyə düşməsi nəticəsində ən azı 26 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi yerli polisə istinadən məlumat yayıb.
Xəbərə görə, qəza And dağlarında baş verib. Avtobus müəyyən olunmayan səbəblərdən idarəetməni itirərək yolun kənarına çıxıb və 200 metr dərinlikdə olan dərəyə aşıb.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.